AZ

Viktor Orban: Ukraynada müharibə 2025-ci ildə bitəcək

Macarıstanın Baş naziri Viktor Orbanın fikrincə, Ukraynada hərbi əməliyyatlar 2025-ci ildə bitəcək.

Xezerxeber.az xəbər verir ki, Viktor Orban bu fikri “Magyar Nemzet” qəzetinə müsahibəsində səsləndirib. “Ukraynadakı müharibə 2025-ci ildə başa çatacaq. O, ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhv olması ilə bitəcək”, - deyə hökumət başçısı bildirib.

ABŞ və Aİ-nin Ukraynadakı müharibəyə təxminən 300 milyard avro xərclədiyini xatırladan Viktor Orbanın sözlərinə görə, həmin vəsaitlə Avropada həyat səviyyəsini sürətlə artırmaq mümkün ola bilərdi.

“İnfrastrukturu, nəqliyyat və enerji sistemləri dağıdılan Ukraynanı milyonlarla insan tərk edib və ölkə yaxın gələcəkdə iqtisadi cəhətdən özünü təmin edə bilməyəcək”, - deyə hökumət başçısı əlavə edib.

Ukrayna müharibəsinə döyüş meydanında deyil, yalnız danışıqlar masası arxasında son verilməli olduğunu dəfələrlə bəyan edən Viktor Orban bu məsələdə bütün ümidlərini Ukraynadakı vəziyyəti həll etməyi vəd edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qarşıdakı andiçmə mərasiminə bağladığını deyib. O, həmçinin hesab edir ki, Donald Tramp Ağ evə qayıtdıqdan sonra “dünya daha təhlükəsiz olacaq”.

phrase_var_article.chosen
1
4
xezerxeber.az

10phrase_var_article.sources