AZ

TikTokdakı “Təkərdə” adlı tərbiyəsizliyə dəstək verən SPONSORlar - “İstanbul NS” klinikası, "Halva" restoranı, “Legend Motors” VƏ.../SİYAHI

Xəbər verdiyimiz kimi, DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər saxlanılıblar.

Paytaxt.org publika.az-a istinadla xəbər verir ki, saxlanılanlar arasında Azər Zahid də var. Onun “Təkərdə” adlı “layihə”si son günlər insanların hiddətinə səbəb olmuşdu

Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən şirkət “Legend Motors”dur.

Digər sponsorlar isə bunlardır: “İstanbul NS” klinikası, “Carvanna” şirkəti, “Avto House”, “Halva” restoranlar şəbəkəsi, “Mersin”, “8th Territoria” kafesi, “Mister Wood”, “Şamlıq” Spa Mərkəzi, “Telefon evi” mağazası, “Qapı Sədərək”, “Avangard”, “EQO” mağazası, “CN Motors” MMC, “Game Stop”, “RH Exclusive” mağazası, “Family Parfumes”, “Favrit Wedding Decor” və başqaları.

Seçilən
3
3
paytaxt.org

10Mənbələr