TikTokdakı “Təkərdə” adlı tərbiyəsizliyə sponsorluq edənlərdən biri də Bakının məşhur kliniklarından olan “İstanbul NS” klinikası olub.Tribunainfo.az xəbər verir ki, “İstanbul NS” klinikası “Təkərdə” adlı verilişin əsas sponsorlarından olub.
Qeyd edək ki, DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər saxlanılıblar.
Saxlanılanlar arasında Azər Zahid də var. Onun “Təkərdə” adlı “layihə”si son günlər insanların hiddətinə səbəb olmuşdu.