AZ

Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR 

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib. 

“Yeni Sabah” xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bununla bağlı müvafiq əmr imzalayıb. 

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Aydan Rəcəbova 2014-2015-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin"Genetika, İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsili alıb. Mehriban Əlizadə isə 2010-cu ildən sözügedən idarədə rəis və müavin vəzifəsində çalışıb. 

 


Telegram kanalımız
Seçilən
8
39
yenisabah.az

10Mənbələr