AZ

General Aydan Rəcəbovanı rəis TƏYİN ETDİ

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

Heftelik.az-ın Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb.
Seçilən
4
39
heftelik.az

10Mənbələr