AZ

Danimarka Trampa görə HƏRƏKƏTƏ KEÇDİ - Qrenlandiyada hərbi gücünü ARTIRIR

Danimarka ABŞ-ın Qrenlandiyaya "sahib olmaq zərurəti" ilə bağlı Donald Trampın bəyanatlarından dərhal sonra adanın müdafiəsi üçün 2 it xizəyi, 2 uzaqmənzilli pilotsuz uçuş aparatı və 2 patrul gəmisinə 1,5 milyard dollar ayırır.

Musavat.com-un məlumatına görə, bu tədbirlər Danimarkanın Şimal Qütbü bölgəsindəki strateji maraqlarını qorumaq və milli təhlükəsizliyi təmin etmək məqsədilə həyata keçirilir.

Qeyd edək ki, Qrenlandiya geosiyasi baxımdan həm təbii resurslarla zəngin, həm də strateji mövqeyi ilə diqqət çəkən bir region olaraq diqqət mərkəzindədir. Trampın bəyanatları və ABŞ-ın ada ilə maraqlanması, Danimarkanın bölgədəki mövqeyini gücləndirmək məqsədilə əlavə tədbirlər görməsinə səbəb olub.

Musavat.com

Seçilən
1
6
musavat.com

7Mənbələr