Azərbaycan üzgüçüləri 2024-cü ili uğurla başa vurublar.
İdman.biz xəbər verir ki, idmançılarımız dekabrın 20-22-də Estoniyanın Tartu şəhərində keçirilən Açıq Estoniya Qış çempionatında yüksək nəticələr əldə ediblər.
15 idmançı ilə beynəlxalq turnirə qatılan millimiz ümumilikdə 22 medal qazanıb.
Milli komandamızın üzvləri vətənə 7 qızıl, 13 gümüş, 2 bürünc medalla dönüblər. Üzgüçülərimizdən Süleyman İsmayılzadə - 3 qızıl, 2 gümüş, Oqtay Hüseynov 2 qızıl, 2 gümüş, Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, 1 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 1 gümüş, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Səid Həmidov 2 gümüş, Rəşad Alquliyev və Məryəm Cavadova hərəsinə 1 gümüş medal qazanıblar.
Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulda 1-ci yerlə yanaşı, həm də Estoniya rekordunu yeniləyib.
Qeyd edək ki, beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Estoniya, Latviya, Litva, Ukrayna və Finladiyanın ümumilikdə 35 klubundan 285 idmançı mübarizə aparıb.
İdman.biz