AZ

Azərbaycan üzgüçüləri Estoniyada 22 medal qazanıb

Azərbaycan üzgüçüləri 2024-cü ili uğurla başa vurublar.

Azərbaycan Üzgüçülük Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli komanda Estoniyanın Tartu şəhərində keçirilən Açıq Estoniya Qış çempionatına qatılıblar və çox yüksək nəticələr əldə ediblər. 15 idmançı ilə beynəlxalq turnirdə çıxış edən yığma ümumilikdə 22 medal qazanıb.

Azərbaycanla yanaşı, Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının mübarizə apardığı beynəlxalq turnirdə üzgüçülərimiz Vətənə 7 qızıl, 13 gümüş və 2 bürünc medalla dönüblər. İdmançılardan Süleyman İsmayılzadə (3 qızıl, 2 gümüş medal), Oqtay Hüseynov (2 qızıl, 2 gümüş medal), Ramil Vəlizadə (1 qızıl, 2 gümüş, 1 bürünc medal), Əbdürrəhman Rüstəmov (1 qızıl, 1 gümüş medal), Fatimə Alkərəmova (2 gümüş, 1 bürünc medal), Səid Həmidov (2 gümüş medal), Rəşad Alquliyev və Məryəm Cavadova (hər ikisi 1 gümüş ) medallar qazanıblar.

Süleyman İsmayılzadə isə 1500 metr məsafədə sərbəst üsulda 1-ci yerlə yanaşı, həm də Estoniya rekordunu da yeniləyib.

Seçilən
6
13
90deqiqe.az

10Mənbələr