AZ

Rusiya MN-də həbslər ola bilər: keyfiyyətsiz gödəkçələrə görə

Rusiya Silahlı Qüvvələrinə 2 milyard rubl dəyərində keyfiyyətsiz zirehli gödəkçələrin verilməsi ilə bağlı Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı ittiham irəli sürülə bilər.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanları məlumat verib.

“İstintaqın fikrincə, “Piket” Şirkətlər Qrupunun yüksək vəzifəli əməkdaşları, o cümlədən şirkətin baş direktoru Andrey Esipov Rusiya Federasiyası Müdafiə Nazirliyinin hələlik məlum olmayab məmurlarına rüşvət verməkdə iştirak edib. Esipov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsi (külli miqdarda rüşvət vermə) ilə ittiham olunub”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, iş üzrə istintaqa rəhbərlik edən Rusiya Federasiyası İstintaq Komitəsinin əməkdaşları hazırda cinayətdə əli ola biləcək Müdafiə Nazirliyinin əməkdaşlarını müəyyənləşdirirlər.

“Bu baş verən kimi adıçəkilən şəxslərə qarşı cinayət işi açılacaq və onlar saxlanılacaqlar”, - agentliyin həmsöhbəti mövzunu yekunlaşdırıb.

Bu günə qədər işdə ən azı doqquz nəfər iştirak edir. Əsas təqsirləndirilən şəxs “Piket” Şirkətlər Qrupunun baş direktoru Andrey Esipovdur. Digər təqsirləndirilən şəxslər sirkətin təhlükəsizlik xidmətinin rəhbəri Mixail Kalçenko və digər şəxslərdir. Onlar külli miqdarda dələduzluqda, rüşvət almada vasitəçilikdə ittiham olunurlar.

İş materiallarında yazıldığı kimi, xüsusi hərbi əməliyyat zonasında iştirak edən hərbçilərə 20 min zirehli gödəkçələr göndərilib. Lakin məhsullar tələblərə cavab verməyib. Dəymiş ziyanın məbləği 2 milyard rubl dəyərində qiymətləndirilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
50
herbiand.az

10Mənbələr