Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi bu gün Azərbaycanın AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğradığı Qazaxıstanın Aktau şəhərinə uçub.
Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, təcili tibbi yardım şöbəsinin təyyarəsinin göyərtəsində Centrospas dəstəsinin həkimləri, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin psixoloji xidmətinin əməkdaşları və Rusiya Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi var.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə qəzasında 9 rusiyalı sağ qalıb.
Musavat.com