AZ

“Kiçik Akademiya”ların hesabat konfransları davam edir

Yasamal rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların hesabat konfransı keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bakı şəhəri 53 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən konfransda direktor Tünzalə Zeynalova “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu bildirib.

Konfransda çıxış edənlər şagirdlərdə tədqiqat işinə marağın artırılmasında böyük rolu olan “Kiçik Akademiya”ların səmərəli fəaliyyətində uğurlar arzu ediblər.

Yasamal rayonu ümumi təhsil müəssisələri üzrə mərkəz “Kiçik Akademiya”nın rəhbərləri il ərzində görülən işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə ediblər.

Konfransda şagirdlər elmi-tədqiqat işlərini təqdim ediblər.

Seçilən
10
1
tehsil.biz

2Mənbələr