Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Tengrinews.kz-a Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
“Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar, 29 nəfərin şəxsiyyəti müəyyənləşdiriləcək, ikisi uşaqdır”, – deyə Bozumbayev bildirib.
Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.