AZ

Təyyarə qəzasında ölənlərin sayı açıqlandı

Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

 

Sfera.az xəbər veri ki, bu barədə Tengrinews.kz Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevə istinadən məlumat yayıb.

 

“Cəsədlərin əksəriyyəti tanınmaz haldadır, əsasən yanıblar. 29 nəfərin şəxsiyyəti müəyyənləşdiriləcək, ikisi uşaqdır”, - deyə Bozumbayev bildirib.

 

Bozumbayev onu da bildirib ki, 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, yerdə qalanların isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Seçilən
8
8
sfera.az

9Mənbələr