Bakı-Qroznı aviareysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.
Milli.Az xəbər verir ki, matəmlə əlaqədar olaraq, ölkədə bayraqlar yarıya qədər endirilib.
Eyni zamanda, Bakıda Yeni il üçün nəzərdə tutulan şam ağaclarının işıqları söndürülüb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az