Bakı-Qroznı aviareysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, matəmlə əlaqədar olaraq, ölkədə bayraqlar yarıya qədər endirilib.
Eyni zamanda, Bakıda Yeni il üçün nəzərdə tutulan şam ağaclarının işıqları söndürülüb.
Həmin görüntüləri təqdim edirik: