AZ

2025-ci ildə Naxçıvan MR-in büdcə layihəsi təsdiq olunub

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında Qanunun və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” qərarın layihələri müzakirə edilib.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, qanun layihəsi 23 dekabr 2024-cü il tarixdə Ali Məclisin iclasında ikinci oxunuşda müzakirə edilib və aparıcı komitə tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib. “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov muxtar respublikanın sosial-iqtisadi inkişafı və 2025-ci il Naxçıvan Muxtar Respublikasının büdcəsi barədə çıxış edib. Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Ali Məclisin 2025-ci il xərclər smetası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

XQ

Seçilən
1
8
xalqqazeti.az

10Mənbələr