Azərbaycanın bölgələrində ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“İki sahil” xəbər verir ki, Azərbaycanın hər yerində 12.00-da süklut elan olunub. Qəzada həlak olanların xatirəsi yad edilib.
Qeyd edək ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit veriblər.
Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.