AZ

Bölgələrdə təyyarə qəzasında həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub - FOTO - VİDEO

Azərbaycanın bölgələrində ötən gün təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
APA xəbər verir ki, Azərbaycanın hər yerində 12.00-da süklut elan olunub. Qəzada həlak olanların xatirəsi yad edilib.

Qeyd edək ki, Bakı vaxtilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit veriblər.
Bakıda, digər şəhər və rayonlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza
nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.

Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə Bölgələrdə
Seçilən
2
18
apa.az

10Mənbələr