Bakı, 26 dekabr, AZƏRTAC
Türkmənistan xarici işlər nazirinin müavini, Türkmənistan Prezidenti Aparatının dövlət protokolu və beynəlxalq əlaqələr şöbəsinin müdiri Serdar Muhammetdurdıyev Azərbaycanda elan edilmiş matəmlə əlaqədar Türkmənistandakı səfirliyimizdə olub.
AZƏRTAC xəbər verir ki, o, AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar ölkəsi adından Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlova başsağlığı verib.
S.Məhəmmətdurdıyev səfirlikdə açılan başsağlığı kitabına ürək sözlərini yazıb, bu çətin anda qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və dəstəyini ifadə edib.