AZ

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb

Tbilisi, 26 dekabr, AZƏRTAC

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, dekabrın 26-da Gürcüstan Baş nazirin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili, Kəşfiyyat Xidmətinin rəhbəri İrakli Beraya, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze və digər rəsmi şəxslər Azərbaycanın bu ölkədəki səfirliyində olublar.

Gürcüstan rəsmiləri “AZAL” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı veriblər. Onlar başsağlığı kitabına ürək sözlərini yazıb, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
20
8
azertag.az

10Mənbələr