AZ

Azərbaycanın İtaliyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar ölkəmizin İtaliyadakı səfirliyində dövlət bayrağı yarıya endirilib, xatirə kitabı açılıb.

AZƏRTAC xəbər verir ki, səfirlik tərəfindən İtaliyanın dövlət qurumlarına, mənzil qərargahı Romada yerləşən təşkilatlara, eləcə də diplomatik nümayəndəliklərə nota göndərilib. Dekabrın 26-27-də matəm günü ilə əlaqədar səfirlikdə xatirə kitabının açıldığı bildirilib.

İtaliyanın dövlət qurumlarının nümayəndələri və digər ölkələrin Romadakı diplomatik korpusun üzvləri Azərbaycan səfirliyinə gələrək başsağlığı verir, xatirə kitabına ürək sözlərini yazırlar.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
6
2
xalqqazeti.az

10Mənbələr