Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlikdə xatirə kitabı açılıb, səfirliyin sosial şəbəkələrdəki hesablarında paylaşımlar edilib. Səfir Xəzər İbrahim və səfirliyin heyəti təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Gün ərzində xarici dövlətlərin ABŞ-dakı diplomatik nümayəndələri Azərbaycan səfirliyinə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.