AZ

BMT rəamisi təyyarə qəzası ilə bağlı başsağlığı verdi

BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə dünya təşkilatının funksioneri sosial şəbəkədə yazıb.

“Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşları da daxil olmaqla 38 nəfərin ölümü ilə nəticələnən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması məni dərindən kədərləndirib. Düşüncələrim bu faciədə həyatını itirənlərin ailələri ilədir. Zərərçəkmiş xalqların hökumətlərinə səmimi başsağlığı verirəm”, – o bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Müəllif: Teleqraf.com
BMT
Seçilən
1
50
teleqraf.com

10Mənbələr