Demokrat.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsi kommünike yayıb.
"Peru Hökuməti və xalqı 25 dekabr tarixində Aktau şəhəri yaxınlığında baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir və həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləklərini çatdırır", - sənəddə qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Təyyarənin Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qaldığı ehtimal edilir. "Caliber" nəşri hava gəmisinin nisbətən uzaq məsafədəki Aktau şəhərinə yönləndirilməsinin səbəbi kimi vurulmuş təyyarənin istiqamətini itirərək Xəzər dənizinə düşməsi məqsədilə verildiyini irəli sürüb.
10Mənbələr
-
7news.azPeru Azərbaycana başsağlığı verib ( 14412847)
-
missiya.azPeru Azərbaycana başsağlığı verib ( 14410876)
-
konkret.azQazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verdi ( 14409937)
-
baki-xeber.comPeru Azərbaycana başsağlığı verib ( 14409664)
-
konkret.azPeru Azərbaycana başsağlığı verdi ( 14409613)
-
cebheinfo.azPeru Azərbaycana başsağlığı verib ( 14409598)
-
olke.azPeru Azərbaycana başsağlığı verib ( 14409490)
-
operativmedia.azPeru Azərbaycana başsağlığı verib ( 14409223)
-
demokrat.azPeru Azərbaycana başsağlığı verib ( 14408773)
-
operativmm.azPeru Azərbaycana başsağlığı verib ( 14408047)