AZ

Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verdi

Qazaxıstanın Kanadadakı səfiri Dauletbek Kussainov Aktaudakı təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ottavadakı səfirliyinin mətbuat xidməti bildirib.

“Səfir Kussainov Aktauda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində günahsız insanların həlak olması ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini yazmaq üçün Azərbaycan səfirliyinə baş çəkib. Bu çətin dövrdə dualarımız qurbanların ailələri ilədir”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Seçilən
3
1
konkret.az

10Mənbələr