Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad rayon sakini Qoşqar Sadıqov dəfn olunub.
Teleqraf.com-un cənub bürosu bildirir ki, Qazaxısranın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olan Cəlilabad rayon Mirzəli kənd sakini 1997-ci il təvəllüdlü Qoşqar Furudin oğlu Sadıqovun meyiti ailəsinə təhvil verilib. Vida mərasimindən sonra gecə saat 3 radələrində doğulduğu kənddə dəfn olunub.
Bildirək ki, ailədə bir qardaş bir bacı olan Qoşqar subay idi. O, Rusiya Fedetrasiyasının Qroznı şəhərində işləyirdi.
Müəllif: Teleqraf.com