AZ

Təyyarə qəzasında həlak olan Cəlilabad rayon sakini dəfn olunub

Cəlilabad, 27 dekabr, AZƏRTAC

Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad rayon sakini Qoşqar Sadıqov gecə saatlarında dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həyatını itirən Cəlilabad rayon Mirzəli kənd sakini 1997-ci il təvəllüdlü Qoşqar Furudin oğlu Sadıqovun meyiti ailəsinə təhvil verilib. Vida mərasimindən sonra gecə saat 3 radələrində doğulduğu kənddə dəfn olunub.

Qeyd edək ki, ailədə bir qardaş bir bacı olan Qoşqar subay idi. O, Qroznıda işləyirdi.

Seçilən
91
17
azertag.az

10Mənbələr