AZ

Manatı 2025-də nə gözləyir? – MB-nin birmənalı mövqeyi

Mərkəzi Bankın rəhbəri Taleh Kazımovla dünən 4 saata yaxın görüşümüz oldu – bu ilk dəfə deyil, Mərkəzi Bank yaxşı bir ənənə yaradıb, iqtisadçılarla, ekspertlərlə tez-tez görüşlər keçirib fikirlərimizi soruşur, tənqidlərimizə diqqətlə qulaq asırlar. Bu dəfə də səmimi, açıq, maraqlı mübahisələrlə, fikir mübadilələri ilə dolu görüş oldu.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, görüşdə 3 məsələ qaldırıb, hər biri ilə bağlı cavablar alıb, hətta 2 vacib problemin həlli ilə bağlı yaxın günlərdə addımlar atılacağı vəd edilib:

1. Son günlər aqrar məhsullar ixrac edib, vəsaitin tamamını və ya bir qismini ölkəyə gətirməyən, ya da gətirə bilməyən iş adamlarına qarşı kütləvi şəkildə cinayət işləri açılır, onlarla şəxs saxlanılıb və ya istintaq altındadır. Taleh müəllimə söylədim ki, bu, ölkədə zatən yaxşı olmayan biznes mühiti haqqında olan təsəvvürləri daha da pisləşdirir. Bundan başqa, ciddi araşdırma aparılmadan bir neçə min dollara görə insanlar həbs və təqib olunurlar. Taleh müəllim dedi ki, bu məsələ dövlət rəhbəri səviyyəsində qaldırılıb, müzakirə edilib və gələn ildən yeni yanaşma tədbiq olunacaq, ciddi araşdırma olmadan heç kəs təqib edilməyəcək;

2. Son zamanlar ölkədə minlərlə vətəndaş bankların təklif etdiyi onlayn platformalar - “app”lər vasitəsi ilə qiymətli kağızlar bazarında alqı-satqı edirlər, bu trend getdikcə artır. Amma hələ ki, bu əməliyyatların vergilərə cəlbi mexanizmi, yumşaq desəm, mükəmməl deyil, ciddi boşluqlar var, belə davam etsə, bir müddət sonra “app məhbusları” yaranacaq;

3. Sonuncu məsələ gələn il büdcədə neftin qiymətinin 70 dollar götürülməsinin riskli olması, manatın məzənnəsinə basqı yaradacağıdır. Taleh müəllimin yanaşması belə oldu ki, risklər idarəolunandır, devalvasiya təhlükəsi yox səviyyəsindədir, Mərkəzi Bank devalvasiya istəmir və çox güman, 2025-də belə bir təhlükə görünmür.

Seçilən
1
2
axar.az

3Mənbələr