AZ

Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləndi

Prezident İlham Əliyev Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləyib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, dövlət sosial müdafiə fondunun 2025-ci il üzrə xərcləri 7 676 420 000,0 manat məbləğində təsdiq edilir.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri 7 617 400 000,0 manat;

Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.

Prezident İlham Əliyev sözügedən sənədlə bağlı fərman da imzalayıb.

Seçilən
2
5
day.az

10Mənbələr