Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləyib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;
İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.
Prezident İlham Əliyev sözügedən sənədlə bağlı fərman da imzalayıb.