AZ

Bu seriallara görə kanal cəzalandırıldı

Radio və Televiziya Ali Şurası (RTÜK), Sözcü TV, Tele 1, Now TV, Flash Haber, Halk TV və Akit TV-yə cərimə tətbiq edildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatı RTÜK üzvləri Tuncay Keser və İlhan Taşcı paylaşıblar.

Keser bildirib ki, Sözcü TV-nin bir cəriməsi İYİ Partiya Qrup sədr müavini Turhan Çömez-in "Arena" proqramında "Yenidoğan Çetesi" və Səhiyyə Naziri (Kemal Memişoğlu) ilə bağlı verdiyi açıqlamalar səbəbindən tətbiq edilib. RTÜK üzvü qeyd edib ki, Çömez-in açıqlamalarının "xəbər" kateqoriyasına daxil edilməsi və dəqiqliyindən əmin olunmadan yayımlanması səbəbilə kanala 3% pul cəriməsi tətbiq olunub.

"Şakir Paşa ailəsi" və "Kızıl qoncalar" seriallarına görə pul cəzasının ödənməsi tələb olunub.

Buna səbəb isə, layihələrdə qadına şiddət, qadın və kişi münasibətlərində ayrı seçkilik, nifrət yaradacaq sözlərin istifadə olunmasıdır.

Eyni zamanda, Sözcü TV-yə digər bir cərimə də fərqli tarixdə yayımlanan "Haber Saati" proqramında Prof. Dr. Öner Günçavdı-nın TÜRK-İŞ başqanı (Ergün Atalay) barədəki ifadələrinin tənqid sərhədlərini aşdığına görə 3% maddi cəriməsi tətbiq edilib.

Lalə Qüdrətova
Milli.Az


 

Seçilən
1
11
milli.az

10Mənbələr