Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) NOW kanalını cəzalandırıb.
“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, kanala “Şakir Paşa Ailesi: Mucizeler ve skandallar” və “Kızıl qoncalar” seriallarına görə pul cəzası verilib.
Buna səbəb isə, layihələrdə qadına şiddət, nifrət və qəzəb yaradacaq sözlərin istifadə olunmasıdır.
“Kızıl qoncalar” ötən il də iki dəfə cəzalandırılıb.
"Cebheinfo.az"