Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində ağır qəza qeydə alınıb.
Sitat.info xəbər verir ki , "VAZ - 2107"markalı avtomobil "Ford" markalı mikroavtobusa çırpılıb.
Qəza zamanı "VAZ"- ın sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Hüseynli Samir Rauf oğlu hadisə yerində dünyasını dəyişib.
Onun qardaşı, 2009-cu il təvəllüdlü Hüseynli Eynulla Rauf oğlu isə müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.