Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Ford” tranzit markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Rauf oğlu Hüseynli hadisə yerindəcə ölüb. Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Rauf oğlu Hüseynli isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.