Bakı. Trend:
Azərbaycanda bayram günlərində (31 dekabr-3 yanvar) tarixlərindəgözlənilən hava proqnozu açıqlanıb.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
31 dekabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı,şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə4-6, gündüz 7-9 dərəcə isti olacaq. 1 yanvarda hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanıntemperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
2 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabirtutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayimcənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzolunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə istiolacaq.
3 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabirtutulacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyininəsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağıgözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə istiolacaq.
Naxçıvan MR ərazisində hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdə qar yağacağı ehtimalolunur. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyiəsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədəkisti, gündüz 5-9, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək istiolacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin əsasənyağmursuz keçəcəyi, lakin dekabrın 31-i günün ikinci yarısındanyanvarın 1-i səhərədək arabir yağıntılı olacağı, bəzi yerlərdə qaryağacağı gözlənilir. Gecə və səhər arabir duman olacağı, mülayimqərb küləyinin əsəcəyi, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabirgüclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-4 dərəcəisti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta, gündüz 4-8, yanvarın2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
Qazax-Gəncə bölgəsində hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin dekabrın 31-i axşamdan yanvarın 1-i səhərədək bəziyerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağıgözlənilir. Gecə və səhər arabir duman olacağı, mülayim qərbküləyinin əsəcəyi, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabirgüclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-4, gündüz6-9, yanvarın 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.
Balakən-Şəki bölgəsində hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin dekabrın 31-i gecə və axşam bəzi dağlıq ərazilərdəarabir yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Gecə vəsəhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək, yanvarın2-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə0-4, gündüz 5-8, yanvarın 2-dən bəzi yerlərdə 11 dərəcəyədək istiolacaq.
Quba-Xaçmaz bölgəsində 31 dekabr-3 yanvar tarixlərində havaşəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir dumanolacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6, 2-dən bəzi yerlərdə11 dərəcəyədək isti olacaq.
Dağlıq Şirvan bölgəsində hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin dekabrın 31-i gündüz bəzi yerlərdə çiskinli olacağıehtimal olunur. Gecə və səhər arabir duman olacaq, qərb küləyiəsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədəkisti, gündüz 4-7, yanvarın 2-dən bəzi yerlərdə 10 dərəcəyədək istiolacaq.
Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin dekabrın 31-i günün birinci yarısında bəzi şərqrayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabirduman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6,gündüz 7-10, yanvarın 2-dən bəzi yerlərdə 13 dərəcəyədək istiolacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuzkeçəcəyi, lakin dekabrın 31-də bəzi yerlərdə arabir yağış, dağlıqərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər arabir dumanolacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə4-7, gündüz 7-10, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti,dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8dərəcə isti olacaq.