AZ

Gürcüstanda azərbaycanlı kişi öldürülüb, həyat yoldaşı yaralanıb

Gürcüstanda polis keçmiş arvadını yaralayan və onun ərini qətlə yetirən şəxsin axtarışlarını davam etdirir.

Silahlı hücum gecə saatlarında baş verib. Məlumata görə, 40 yaşlı Xeyir Xəbərov qisas məqsədilə keçmiş arvadını yaralayıb, onun əri 36 yaşlı Yaşar Cəfərovu isə qətlə yetirib.

Sakinlərin sözlərinə görə, hadisə zamanı evdə 3 nəfər olub. Bildirilib ki, evə daxil olan şəxs həmin vaxt yatan Yaşar Cəfərova atəş açıb və o, hadisə yerində keçinib. Xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hücum zamanı evdə olan Yaşar Cəfərovun anası xəsarət almayıb.

************

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

Sakinlər cinayətin qadının keçmiş həyat yoldaşı tərəfindən törədildiyini bildiriblər.

Məlumata görə, cinayətkar əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

Qeyd olunub ki, qadın xəstəxanaya çatdırılaraq əməliyyat edilib, lakin əri hadisə yerində ölüb.

Qatilin hadisə yerindən qaçdığı bildirilir.

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaq başlanılıb(apa).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
11
azpost.info

10Mənbələr