AZ

Sevgilisini güllələyib öldürdü, polisə isə “intihar edib” dedi – TƏFƏRRÜAT

Türkiyənin Kocaeli vilayətində qorxunc qətl hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, Mikayıl K. 25 yaşlı sevgilisi Sibel Kaymanı evində mübahisə etdikdən sonra silahla sinəsindən vurub.

Mikayıl K. daha sonra polisə xəbər verib və onun intihar etdiyini bildirib. Kayman aparıldığı xəstəxanada həyatını itirib. Silahdan atəş açdığı ortaya çıxan Mikayıl K. nəzarətə alınaraq ədliyyəyə göndərilib.

Kocaeli İl Təhlükəsizlik Müdirliyi Cinayət Bürosu qrupları apardıqları araşdırmada Mikayıl K.-nin tapançadan atəş açdığını təyin edib. Mikayıl K. polis bölməsində əməliyyatları tamamlandıqdan sonra Kocaeli Ədliyyəsinə aparılıb.

Medianews.az

5ffd6b1d2b159c00a1058bc2304bcac3

whatsapp-image

e69d5d17-7be0-4076-8f35-7ddaf76f7740

Seçilən
251
11
medianews.az

10Mənbələr