AZ

Azərbaycan Kuboku: “Neftçi”nin rəqibi bilindi

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, I Liqa təmsilçilərindən “Qaradağ Lökbatan” “Şahdağ Qusar”a 1:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.

Komanda 1/8 finalda “Neftçi” ilə üz-üzə gələcək.

Premyer Liqa klublarından “Kəpəz” isə II Liqanın lederi “Baku Sportinq”lə üz-üzə gəlir. Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb və hazırda əlavə vaxt oynanılır. “Kür-Araz” – “Araz-Naxçıvan” görüşü saat 15:00-da başlanıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir.

Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala yüksəliblər. Bu raundun digər matçları dekabrın 30-da reallaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
50
msport.az

10Mənbələr

Şərh ()
Bağla