AZ

“Kəpəz” 1/8 finalda

“Kəpəz” Azərbaycan Kubokunun 1/8 finalında “Sabah”a rəqib olub.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisi turnirin II təsnifat mərhələsində “Baku Sportinq” klubunu mübarizədən kənarlaşdırıb.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. “Sarı-göylər” əlavə vaxdat iki qol vuraraq mərhələ adlayıb.

Günün başa çatan ilk görüşündə “Qaradağ Lökbatan” “Şahdağ Qusar”ı minimal hesabla üstələyib – 1:0.

“Kür-Araz” – “Araz-Naxçıvan” görüşü saat 15:00-da başlayıb və Naxçıvan təmsilçisi 1:0 hesabı ilə öndədir. Günün sonuncu oyununda “Sumqayıt” “Lerik”lə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala yüksəliblər. Bu raundun digər matçları dekabrın 30-da reallaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
msport.az

10Mənbələr

Şərh ()
Bağla