AZ

İkili vətəndaşlığı olan ruslar üçün yeni məhdudiyyətlər...

...Rusiya hökuməti ikili vətəndaşlığı olan şəxsləri dövlət sirri ilə tanış olmaqdan məhrum edə biləcək fərman hazırlayır. SİA-nın əldə etdiyi məlumata görə, “The Moscow Times” yazır ki, yüksək vəzifəli məmurlar və parlamentarilər məhdudiyyətlərə məruz qala bilərlər. Belə ki, onlar mühüm görüşlərdə iştirakdan kənarlaşdırıla bilərlər.

...Məhdudiyyətlər Fransa, İsveçrə, Belçika, İspaniya, ABŞ, İsrail, Böyük Britaniya, Bolqarıstan, Monteneqro və Kipr kimi ölkələrin ikinci pasportu olan dövlət qulluqçularına şamil edilə bilər.

Qeyd edək ki, onların arasında həm indiki, həm də keçmiş qubernatorlar, Dövlət Dumasının deputatları, Federasiya Şurasının və hökumətin üzvləri var.

Düzəliş qəbul edilərkən onlar dövlət sirlərinə çıxışı saxlamaq üçün Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrin vətəndaşlığından imtina etmək barədə qərar qəbul edə bilərlər. Əks halda, onların çıxışı ayrıca tənzimlənəcək, lakin məxfi məlumatlara çıxış məhdudlaşdırılacaq.

Qanun xarici vətəndaşlıq və ya yaşayış icazəsi almış vətəndaşları bu barədə Rusiya Daxili İşlər Nazirliyinə məlumat verməyə məcbur edir. Bu tələbi pozanlar cərimə və ya məcburi əməyə məhkum edilə bilər.

Xatırladaq ki, bu ilin doqquz ayında 68 mindən çox Rusiya vətəndaşı yaşamaq və ya başqa ölkələrin vətəndaşlığı alıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bunlardan 38 min bildiriş başqa ölkələrin vətəndaşlığına, 30 mini isə xarici ölkədə daimi yaşamaq hüququna dair sənədə aiddir. Bu rəqəmlər cəmi 4,3 min nəfərin Rusiya vətəndaşlığından çıxdığı bütün 2022-ci il üçün məlumatları üstələyir.

...Və onu da qeyd edək ki, 2020-ci ildə Ukraynanın işğalından sonra Rusiya vətəndaşlığından çıxmaq istəyənlərin sayı 3,8 min nəfərə, 2021-ci ildə isə bu rəqəm 4 minə yüksələrək üç illik rekorda imza atıb. Buna cavab olaraq, Daxili İşlər Nazirliyi avqust ayında imtina proseduru ilə bağlı yoxlamaları gücləndirərək, qaydaları pozanların ruslar olaraq qalacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
487
50
sia.az

10Mənbələr