AZ

Mark Zukerberq iki ildən sonra ilk dəfə “Meta” səhmlərini satdı

Mark Zukerberq sosial media nəhənginin 2022-ci ildən sürətlə böyüməsindən sonra iki il ərzində ilk dəfə “Meta” səhmlərini satdı.
İndex.az xəbər verir ki, “Meta”nın həmtəsisçisinin fondu, eləcə də onun xeyriyyə və siyasi ianələrini idarə edən təşkilatlar, “Bloomberg”in rəsmi sənədlərdən tərtib etdiyi məlumatlara görə, ticarət planları vasitəsilə noyabr ayında təxminən 185 milyon dollar dəyərində təxminən 682.000 səhmi əldən çıxarıb.
Zukerberqin sərvətini idarə edən təşkilatlar 2021-ci ilin noyabrından bəri ilk dəfə səhm satıblar.
Son on ildə müntəzəm olaraq “Meta” səhmlərindən imtina edən Zukerberq 2022-ci ildə bir dənə də olsun səhm satmayıb. Çünki, gözləntilərə uyğun olmayan rüblük nəticələr səhmlərin bir gündə əriməsinə və “Meta”nın 2012-ci ildə ilk kütləvi təklifindən bəri ən pis illik performansına səbəb oldu.
“Meta”nın səhmləri hazırda Zukerberq və onun xeyriyyə təşkilatı Chan Zuckerberg Təşəbbüsü Kaliforniyada yerləşən şirkətin səhmlərinin 1 milyard dollardan çoxunu satdığı 2021-ci ildə müəyyən edilmiş rekord həddə yaxınlaşır. “Bloomberg Milyarderlər İndeksi”nə görə, 39 yaşlı Zukerberq hələ də “Meta”nın təxminən 13 faizinə sahibdir və onun 117,7 milyard dollarlıq sərvətinin demək olar ki, hamısını təşkil edir.

Seçilən
435
50
index.az

10Mənbələr