AZ

Gəlinin başına qonan “şahlıq quşu” müəllifə 3000 dollar qazandırdı - FOTOlar

Bu ilin ən yaxşı toy görüntüsü seçilib. Bu başında "şahlıq quşu" qonan gəlinin fotosudur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrı tanınmış kanadalı fotoqraf Tara Lilli Uistler şəhərində ucqar dağ zirvəsində Mitç və Mikaella cütlüklərinin toy mərasimi zamanı çəkib. Şəklin müəllifinin sözlərinə görə, bəy and içərkən qəfildən bir quş hardansa uçub gələrək gəlinin başına qonub. Sürpriz vəziyyətdən gəlin şoka düşüb və sevinclə "Ağca xanım oldum" deyə qışqırıb.

Bu möhtəşəm anı əbədiləşdirmək Tara Lilliyə ən yaxşı toy fotoqrafı adını və 3 000 dollar məbləğində mükafat qazandırdı.

"International Wedding Photographer Of The Year Awards"ın münsiflər heyəti bu şəkli 1700 kadr arasından seçiblər.

Digər qalib fotoları da təqdim edirik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
459
31
milli.az

10Mənbələr