AZ

İkinci Liqa: 13-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 22023/2024 mövsümünün 13-cü turunun oyunları üçün hakim təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

13-cü turun görüşləri 4-6 dekabr aralığında baş tutacaq. Bu gün 3 oyunun keçirilməsi nəzərdə tutulub.

İkinci Liqa
13-cü tur
4 dekabr

“Qusar” – “Şəki Siti”
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Samir Qaracayev, İrşad Aydınov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Şəfa” – “Ağdaş”
Hakimlər: Elvin Bayramov, Aydın Baxşıyev, Gülnurə Əkbərzadə, Alik Yunusov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:00.

“Kürmük Qax” – “Füzuli”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Qax OİK stadionu, 14:00.

5 dekabr

“Cəbrayıl” – “Şəmkir”
Hakimlər: Səbuhi Bayramov, Teymur Teymurov, Mirnihad Seyidov, Şamil İmanzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Göygöl” – “Şahdağ Qusar”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Rəhman Aslanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Göygöl OİK stadionu, 14:00.

“Kür-Araz” – “Lerik”
Hakimlər: İslam Məmmədov, Səbuhi Soltanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Saatlı OİK stadionu, 14:00.

6 dekabr

“Dinamo” – “Baku Sportinq”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:00.

Seçilən
243
3
arena.az

10Mənbələr