AZ

İkinci Liqa: “Kür-Araz” və “Şahdağ Qusar”dan darmadağın

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Cəbrayıl” – “Şəmkir” oyununda meydan sahibləri inamlı qələbəyə seviniblər. “Göygöl”ün qonağı olan “Şahdağ Qusar” 4 cavabsız qolla qələbə qazanıb. 9 qolun vurulduğu “Kür-Araz” – “Lerik” oyununda isə birincilər darmadağına seviniblər.

13-cü tura sabah keçiriləcək “Dinamo” – “Baku Sportinq” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
13-cü tur
4 dekabr

“Qusar” – “Şəki Siti” 2:1
Qollar: Eşqin Tağıyev, 62. Firudin Ağalarov, 89 – Ravil Yusifli, 30.
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Samir Qaracayev, İrşad Aydınov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Şəfa” – “Ağdaş” 1:2
Qollar: Sahib Cümşüdov, 27 – Mehman İbadov, 60-öz qapısına. Aqil Mirzəyev, 77.
Hakimlər: Elvin Bayramov, Aydın Baxşıyev, Gülnurə Əkbərzadə, Alik Yunusov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:00.

“Kürmük Qax” – “Füzuli” 0:2
Qollar: Təmraz Əmircanov, 18-pen – Ceyhun Cavadov, 87.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Orxan İbişov, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Qax OİK stadionu, 14:00.

5 dekabr

“Cəbrayıl” – “Şəmkir” 3:1
Qollar: Elvin Nəsibov, 35-pen; 47. Tapdıq Əhmədov, 78 – Elgün Namazov, 9.
Hakimlər: Səbuhi Bayramov, Teymur Teymurov, Mirnihad Seyidov, Şamil İmanzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Göygöl” – “Şahdağ Qusar” 0:4
Qollar: Mehdi Rəsulov, 27. Tural Qurbatov, 30; 74; 88.
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Rəhman Aslanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Göygöl OİK stadionu, 14:00.

“Kür-Araz” – “Lerik” 7:2
Qollar: Elariz Xəlilli, 9; 84. Elxan Məmmədov, 16; 30; 39. Ramazan Abbasov, 67. Eltun Hüseynov, 82 – Nurlan Əmirzadə, 37. Kamran Abdullazadə, 40-pen.
Hakimlər: İslam Məmmədov, Səbuhi Soltanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Saatlı OİK stadionu, 14:00.

6 dekabr

“Dinamo” – “Baku Sportinq”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Sənan Atayev, Murad Səlimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
227
3
arena.az

10Mənbələr