AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətiməlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayimşimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9°, gündüz 10-13° olacaq. Atmosfertəzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbirütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdəqar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda dumanolacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 10-15°, dağlarda gecə 2°şaxtadan 3°-dək isti, gündüz 3-8° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
49
az.trend.az

10Mənbələr