AZ

Sabaha hava necə olacaq?

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağışyağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 6-10°, gündüz 11-13° olacaq. Atmosfertəzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdəqar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarında yağıntıdafasilə olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mulayimşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8°, gündüz 11-16°, dağlarda gecə 3°şaxtadan 2°-dək isti, gündüz 3-8° olacaq.

Seçilən
404
49
az.trend.az

10Mənbələr