AZ

Çinli qadın yaşını sevgilisindən gizlətmək üçün saxta pasport hazırlayıb

Çində gənc sevgilisindən həqiqi yaşını gizlətmək üçün özünə saxta pasport hazırlayan qadın həbs edilib, South China Morning Post yazır.
KİV-in məlumatına görə, Pekin hava limanında 1982-ci il təvəllüdlü çinli qadın həbs edilib. Polis sənədi yoxlamaq üçün ondan pasport istəyib, lakin qadın çox əsəbiləşməyə başlayıb.
O, hətta məmurun pasportunu götürməyə çalışıb ki, məlumatların yoxlanılmasına mane olsun, sonra məmurdan “şəxsi söhbət üçün” getməsini xahiş edib. Bu zaman onun 24 yaşlı sevgilisi 41 yaşlı çinli qadının yanında dayanıb.
Sonrakı araşdırma zamanı məlum olub ki, qadının doğum tarixləri fərqli olan iki Çin pasportu olub. Sənədi diqqətlə araşdıran ekspertlər belə qənaətə gəliblər ki, çinli qadının polisə verdiyi pasport saxta olub.
Qadın əsl yaşını sevgilisindən gizlətmək üçün saxta sənədlə 1996-cı ildə doğum ilini göstərdiyini etiraf edib. Nəticədə çinli qadın cərimələnib və onun saxta pasportu müsadirə edilib.

Seçilən
483
6
hafta.az

10Mənbələr