AZ

Hamilə ulduz qalaya qarnını bəzəyib çıxdı

Dördüncü dəfə ana olmağa hazırlaşan müğənni və aktrisa Siara dünən Los-Ancelesdə keçirilən "The Color Purple" filminin premyerasında geyimi ilə gündəm yaradıb.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, 38 yaşlı məşhur fotoqraflar qarşısına qarnı açıq ağ geyimdə çıxıb. O, qarnını qızılı yarpaqla bəzəyib.

Siara ağ şalvar, düymələri açıq köynək və papaqda fotoqraflara poza verib. Görünüşü ağ stilettolar və kvadrat şəklində böyük qızıl sırğalarla tamamlayıb.

Bu, Siaranın amerikalı futbolçu Rassell Uilson ilə üçüncü övladıdır. Cütlüyün altı yaşlı qızı Sienna və üç yaşlı oğlu Uin var. Müğənninin nişanlı olduğu reper Fyuçerdən isə doqquz yaşlı oğlu da var.

Seçilən
491
50
publika.az

10Mənbələr