AZ

Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan PrezidentininAdministrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgəaçıqlamasını alqışlayıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatındadeyilir.

"Etimadı artıran əlavə addımların atılması ilə bağlımüzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik. Arzu edirikki, Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh vəsabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkiledəcək sülh sazişi ən qısa zamanda imzalansın", - deyəvurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası PrezidentininAdministrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatıarasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimadquruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıqəldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq,Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərinirəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçiniazad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini gerigötürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki,Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanınnamizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq,Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-unBüro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxıngələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsiüçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti ikiölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütünCənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərinidəstəkləməyə çağırırlar.

Seçilən
254
6
az.trend.az

10Mənbələr