AZ

Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasına ümid edirik - İtaliya Səfirliyi

Bakı. Trend:

Azərbaycan və Ermənistanın birgə bəyanatı çoxdan gözlənilənsülhə doğru atılan cəsarətli addımdır.

Trend xəbərverir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi "X" sosialmedia hesabında qeyd edib.

"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçündialoq qətiyyətlə dəstəklənəcək və sülh sazişinin tezlikləbağlanmasına ümid edirik", - deyə paylaşıdma bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası PrezidentininAdministrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatıarasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimadquruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıqəldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq,Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərinirəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçiniazad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini gerigötürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki,Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanınnamizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq,Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-unBüro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxıngələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsiüçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti ikiölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütünCənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərinidəstəkləməyə çağırırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
49
az.trend.az

10Mənbələr